image-reklam-veteninfo
image-1backend

Bakı metrosunda problem yarandı – Sərnişinlər qatardan düşürüldü

image-reklam-veteninfo

Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Vətəninfo.az  Teleqraf-a istinadən xəbər verir ki, metronun “Əhmədli” stansiyasından “İçərişəhər”ə gedən qatarın qapıları bağlanmayıb.

Stansiyaya “Bakı Metropoliten”inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.

Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.

Sərnişinlər isə başqa qatarla yola salınıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki