Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub.
Vətəninfo.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Catering, təmizlik və tullantıların təmizlənməsi departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, stadion ərazisində ümumilikdə 4 mətbəx fəaliyyət göstərir.
“Mavi zonada 3, yaşıl zonada isə 1 mətbəx fəaliyyət göstərir. Stadion ərazisində 56 yeni kafe və restoran qurulub.Restoranlardan birində milli, digərində dünya mətbəxi təqdim ediləcək”,- deyə o bildirib.
Xatırladaq ki, COP29 tədbiri noyabrın 11-dən 22-dək Bakı Olimpiya Stadionunda keçirləcək.