image-1backend

Baki Şəhər Ticarət və Xidmət Departamentinin məlumatı

image-reklam_sirab_01

Bir müddət əvvəl sosial şəbəkələrdə Xəqanı bağının bir hissəsinin orada yerləşən restoran tərəfindən zəbti barədə məlumat yayılmışdı. Məsələ ilə bağlı Baki Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əraziyə yerləşdirilən və insanların gediş-gəlişinə maneə törədən gül dibçəklərinin yığışdırılması təmin edilib.
Departament tərəfindən aparılmış araşdırılma nəticəsində məlum olub ki, dibçəklər əraziyə zəbt məqsədi ilə deyil, müvəqqəti saxlanc məqsədilə yerləşdirilib. Lakin buna baxmayaraq sahibkara şifahi xəbərdarlıq edilib və belə halların yolverilməzliyi bir daha onların nəzərinə çatdırılıb.
“Gəlin şəhərimizi birlikdə qoruyaq” deyə sakinlərimizə Departamentdən müraciət edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki