image-77backend

Bakı və İrəvan nizamlanmaya doğru irəliləyir – Putin

image-reklam_sirab_01

Ermənistanla Azərbaycan arasında vəziyyət nizamlanmaya doğru gedir, baxmayaraq ki, hələ də müəyyən çətinliklər var. Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Ümumiyyətlə, fikrimcə, mövcud çətinliklərə və problemlərə baxmayaraq, vəziyyət normallaşma istiqamətində inkişaf edir”, – Kremlin rəsmi saytı Rusiya liderinin sözlərini sitat gətirir.

Onun sözlərinə görə, nəqliyyat kommunikasiyaları üçün texniki maneələr var, lakin onları aradan qaldırmaq olar.

Xatırladaq ki, üçtərəfli görüş mayın 25-də Moskvada baş tutub və təxminən 20 dəqiqə davam edib. Gözlənilir ki, bir həftədən sonra üç ölkənin baş nazirinin müavinləri Moskvada görüşərək  Qarabağ məsələsi ilə bağlı digər problemli mövzuları müzakirə edəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki