Veteninfo.az xəbər verir ki, Xankəndindəki separatçılar Arayik Arutyunyanın siyasi səhnədən getməsi ilə,onun yerinə özlərinə yeni bir lider seçməyə hazırlaşırlar.
Məlumata görə, Nikol Paşinyan,eyni zamanda Ermənistandakı Qarabağ klanı (Robert Koçaryan,Serj Sarkisyan) öz namizdərlərinin önə çıxması üçün artıq hərəkətə keçiblər.
Məlumatlara görəErmənistandakı Qarabağ klanı Vitali Balasanyanın sepatatçıların yeni lideri olması yönündə müəyyən razılığa gəlmiş görünsələr də,Balasanyan onların bu yöndə mesajlarını hələlik cavabsız buraxıb.Eyni zamanda Balasanyan lider olmaq istəmədiyi mesajları da verməyə başlayıb.
Məlumatlata görə,separatçıların lideri olmağa digər bir namizə isə Qarabağdakı separatçıların komandanı olmuş Levon Mnatsakanyandı.
Erməni mediası yazır ki, separatçıların lideri Arayik Arutyunyan Levon Mnatsakanyanın namizədliyini dəstəkləyir.
Erməni mediası iddia edir ki, Azərbaycan Rusiya vasitəsilə Xankəndindəki separatçıların yeni liderinin Qarabağda 30 il ərzində Azərbaycana və Azərbaycan vətəndaşlarına qarşı silah işlətmiş,eyni zmanda Azərbaycan dövlətinə qarşı hansısa hərəkatda olmayan birinin olmasın tələb edib. Yəni rəsmi Bakı Xankəndində yuxarıda qeyd edildiyi kimi Azərbaycan dövlətinə qarşı separatizim hərəkətləri içərisində olmuş birinin namizədliyi olacağı təqdirdə prosesə müdaxilə edəcəyin bəyan edib.
Erməni mediası iddia edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanacağı təqdirdə, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaq ki,burda da Xankəndi və digər Qarabağın şəhərlərinin Azərbaycanın ərazisi olduğun qaəbul etmiş olacaq.
Erməni ekspertlər hesab edirlər ki,rəsmi Bakı Xankəndinin hüquqi müstəvidə Azərbaycanın nəzarətinə qayıtması ilə Xankındində separatizim meyilli birinin olmamasın indidən müəyyənləşdirmək istəyir.


























