image-1641788611_1622526380_1581597287-cf92abc83ce66bd6434eccbb16a9ca79backend

Bakıda ev almaq istəyənlərə pis XƏBƏR

image-reklam_sirab_01

2022-ci ilin gəlişi bizə sözün əsl mənasında baha başa gəldi.

Unun qiyməti, bilavasitə çörəyin qiymətinin qalxmasi hər kəsi təşvişə saldi. Bu il deyəsən qiymət arta-arta gedəcək. İndi də evlərin qiyməti. Görəsən necə? Artım olacaq ya azalma?

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, bu il mənzil bazarında da bahalaşma gözlənilir

Ekspert bildirib ki, ötən dövrlərlə müqayisədə 2022-ci il evlərin qiymətinin təxminən 15-20 faiz artacağı proqnozlaşdırılır. Bahalaşmaya həm də tikinti materiallarının qiymətlərinin qalxması təsir edə bilər.

Ramil Qasımzadə qeyd edib ki, alqı-satqıda proqnozlaşdırılan qiymət artımı kirayə mənzil bazarına da təsirsiz ötüşməyəcək.

Ekspertin fikrincə, bahalaşma torpaq bazarında da gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki