image-reklam-veteninfo
image-1backend

Bakıda hava limanı ilə birləşəcək avtomobil yolunda işlər nə yerdədir? VİDEO

image-reklam-veteninfo

Yol boyu hərəkət rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq.

Vətəninfo.az xəbər verir ki, Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi-Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yolları tikilir.

Avtomobil yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur.

Layihə başa çatdıqdan sonra ərazidə nəqliyyat axınının daha səmərəli təşkil olunacağı, həmçinin vətəndaşların gündəlik hərəkət şəraitinin yaxşılaşacağı gözlənilir.

Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki