image-reklam-veteninfo
image-1backend

Bakıda məktəbdə faciə: Məktəbli intihar edib

image-reklam-veteninfo

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə faciəvi hadisə baş verib. Məktəbin VII sinif şagirdi binanın dördüncü mərtəbəsindən yıxılaraq həyatını itirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə oktyabrın 28-də baş verib.

Məlumata görə, məktəb rəhbərliyi hadisədən dərhal sonra təcili tibbi yardım çağırıb. Lakin şagird aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Qurumdan qeyd olunub ki, hadisə ilə bağlı şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumların nəzarətinə götürülüb və araşdırmalara başlanılıb.

TƏBİB-dən verilən məlumata görə, oktyabrın 28-də saat 10:00 radələrində Yasamal rayonundan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası azyaşlının ölümünü qeydə alıb.

Baş Prokurorluğun məlumatına əsasən, məktəbin VII sinif şagirdinin dördüncü mərtəbədən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır. Rəsmi qurumlar ictimaiyyəti məsələyə həssas yanaşmağa və araşdırmanın nəticələrini gözləməyə çağırıblar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki