Bakının Əhmədli qəsəbəsində yerləşən “Boranı Restoran”ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub.
Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb.
Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xarab olmuş iy gəldiyi aydın hiss olunub. Yaranmış vəziyyətlə bağlı restoran rəhbərliyinə müraciət edilsə də, problem həll olunmaq əvəzinə kobud münasibətlə qarşılaşıblar:
“Rəhbərliyi çağırıb şikayət etsək də, bizə ‘mentalitet qaydaları’ ilə cavab verdilər. Bildirdilər ki, guya bunu 500 nəfər alır, heç kim şikayət etmir və yeməyi nə dəyişdirə, nə də geri qaytara bilərlər. Hətta əlavə gətirilən ətin də köhnə olduğu aydın görünürdü. Nə obyektin rəhbərliyi, nə də işçi heyəti baş verənlərə görə bir üzrxahlıq belə etmədi”.
Şikayətçi məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi müraciət edəcəyini vurğulayıb./yenisabah/


























