image-reklam-veteninfo
image-11backend

“Bakıya iyul ayında 11 il əvvəl yağış yağıb” – Rəsmi açıqlama

image-reklam-veteninfo

“Uzunmüddətli metereoloji müşahidələrin təhlilinə əsasən əvvəlki illərdə də iyul ayında Bakıda yağıntılı hava müşahidə olunub”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, 2012-ci ilin iyul ayının 16-da Bakıya güclü leysan yağıb:

“Sutka ərzində aylıq normadan 10 dəfə çox yağıntı qeydə alınıb. Hazırda ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti isə iyulun 18-i gündüz saatlara qədər davam edəcək. İyulun 19-da və 20-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki