Vətəninfo.az xəbər verir ki, “Rosneft”ə məxsus neft tankeri ABŞ-ın sanksiyalarından sonra Baltik dənizində batıb .
“Bloomberg” xəbər verir ki, 730 min barel Rusiya nefti ilə yüklənmiş “Furia” neft tankeri ABŞ-ın “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq etməsindən sonra Baltik dənizində qəflətən istiqamətini dəyişib.
Gəmi oktyabrın 20-də Primorskdan yola düşərək , Reliance Industries və Bharat Petroleum-un ən böyük neft emalı zavodlarının yerləşdiyi Hindistanın Qucarat əyalətinə gedirdi.
Rosneft ilə uzunmüddətli müqaviləsi olan Hindistan şirkəti Reliance artıq Qərbin məhdudiyyətlərinə əməl edəcəyini açıqlayıb .


























