“Bank Respublika”dan kredit götürən Yusif Abbasov birinci ayın ödənişində üzləşdiyi problemlər barədə yazıb.
Tribunainfo.az xəbər verir ki, şikayətçi bildirib ki, ödəniş zamanı hər fürsətdə komissiya tutulur və bu barədə də əvvəlcədən heç bir məlumat verilmir:””BankRespublika”da kreditimin 1-ci ayını ödəyərkən rastlaşdığım problemləri yazacam ki, gələcəkdə çalışın yolunuzu başqa bankdan salın, ən azından mən belə edəcəm.
1.Kredit ödənişini bütün hallarda ( filial xaric) terminallar (Milli Ön,Emanat) və onlayn ödəmələr daxil hətta “Bank Respublika”nın öz saytında ödəsəz belə komissiya ilə ödəyirsiz.
2.Aylıq ödənişinizdən əlavə ödəniş edib borcdan sildirmək istəyəndə komissiya ödəyirsiz.
3.Borcu vaxtından tez bağlamaq istəsəz qalıq məbləğ həmçinin götürdüyünüz kreditin 1% həcmində komissiya ödəyirsiz.
Bax belə absurd qərarlar verərək millətin qanını içirlər.
Və bütün bu məlumatları rəsmiləşdirmə edəndə bildirmirlər”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.