image-1backend

Banqladeşdə baş nazirə qarşı keçirilən nümayişlər zamanı bir gündə 90 nəfər həlak olub

image-reklam_sirab_01

Banqladeşdə polislə on minlərlə nümayişçi arasında toqquşmalarda azı 90 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. İyul ayından Banqladeşdə nümayişlər davam edir, etirazçılar dövlət iş yerləri üzrə kvota sisteminin ləğvini tələb edirlər.Nümayişlər daha sonra genişləndi və daha genişmiqyaslı hökumət əleyhinə hərəkata çevrildi. Tələbələr ölkənin baş naziri Şeyx Hasinanın istefasını tələb edərək vətəndaş itaətsizliyi aksiyaları elan ediblər. Qurbanlar arasında ən azı 13 polis var və iyuldan bəri nümayişlər zamanı həlak olanların sayı azı 280 nəfərə çatıb.Saat 18:00-dan etibarən ölkədə komendant saatı elan edilib, bəzi ərazilərdə internet bağlanıb. Avqustun 5-də nümayişlər yenidən başladı. Paytaxt Dəkkəyə doğru yürüş edən nümayişçilərə qarşı yüngül qumbaraatanlardan və gözyaşardıcı qazdan istifadə edilib. BBC-nin məlumatına görə, şəhərdə həm polis, həm də hərbçilər yerləşdirilib. Birləşmiş Millətlər Təşkilatı zorakılığa son qoymağa çağırıb, Banqladeş siyasətçiləri və təhlükəsizlik qüvvələrini təmkinli olmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki