İspaniyanın hüquq-mühafizə orqanları Barselona limanında 1,1 tondan çox kokain müsadirə edib. Vətəninfo.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb .
Onun sözlərinə görə , narkotik vasitə noxud kisələrində gizlədilib . Yük Meksikadan gəlib və konteynerlərin son təyinatı İsrail olub .
Barselona limanında adi yoxlama zamanı kokain aşkar edilib. Konteynerin qanuni alıcısının cinayətkarların içərisində narkotik maddə gizlətməsindən xəbərsiz olduğu aydınlaşır.