Türkiyənin Bartın Sənaye Bölgəsində fəaliyyət göstərən Mescier Dəmir-Polad fabrikində partlayış olub. Vətəninfo.az xəbər verir ki, fabrikdə dəmir qırıntılarının əridildiyi sobada baş verən partlayışda 10 işçi yaralanıb.
Partlayışdan sonra fabrikə təcili yardım və yanğınsöndürmə qrupu göndərilib.
Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. İşçilərin vəziyyətinin yaxşı olduğu bildirilib