image-1backend

Baş redaktor sərt danışdı: “125 deputatdan sadəcə 10-15-i…”

image-reklam_sirab_01

“Hesab edirəm ki, 1 sentyabr Növbədənkənar Parlament seçkilərindən sonra Azərbaycan Parlamentində müəyyən qədər yeni simalar olacaq. Ötən Parlamentdə kimlərin fəaliyyətindən razı qalıb-qalmamaq məsələsinə gəldikdə ilk növbədə həmin millət vəkillərini seçən seçicilərdən soruşmaq daha yaxşı olardı ki, seçdiyiniz millət vəkilləri sizin sosial-iqtisadi və digər problemlərinizin həllində yardımçı ola bildilərmi? Sizin mövcud problemlərinizi parlament kürsüsündən aidiyyatı orqanlara çatdırma imkanları ola bildimi?”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış jurnalist, “Vətəninfo.az” informasiya portalının baş redaktoru Nahid Canbaxışlı deyib.

Baş redaktor bildirib ki, 125 deputatın içərisində 10-15-i var ki, onlar yenidən seçilsələr daha yaxşı olar:

“Mən düşünürəm ki, Azərbaycanda 44 günlük Vətən Müharibəsindən sonra əldə olunan qələbələr bütövlükdə Azərbaycan cəmiyyətinin həm regional, eyni zamanda beynəlxalq aləmdə nüfuzunun artması birbaşa Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qələbəsidir. Azərbaycan Parlamentinin bu qələbədə hansısa payını və rolunu deyə bilmərə. Parlamentarilərin fəaliyyətinə gəldikdə isə onu deyə bilərik ki, bir çox millət vəkilinin öz seçiciləri ilə işləmə prinsipini yüksək qiymətləndirirəm. Həmin millət vəkilləri yenidən seçilmə imkanına, hüququna malikdirlər və seçilsələr daha yaxşı olar. Adbaad qeyd etdiyim deputatların adını çəkib hansısa şkalayla qiymətləndirmək niyyətində də deyiləm. Amma 125 millət vəkili içərisində bunun 5-6 və yaxud bir az da dərinə gedib müəyyən qədər araşdırsaq, 10-15 deputata çatar-çatmaz. O ki, qaldı ümumi məsələlərlə bağlı müzakirələrdəki fikirlərə… Əlbəttə ki, bir çox millət vəkilinin həm komitələrin iclasında, həm də Parlamentin cari məsələlərə ayırdığı vaxtda müəyyən qədər çıxışları olub. Bu da ictimaiyyətə işləməyə xatir olub. Yəni görsünlər ki, biz doğrudan da Parlamentdə susqun millət vəkilləri sırasında deyilik”.

Nəticə yoxdur.

Baş redaktor konkret adlar da çəkib:

“Mənim üçün Malik Həsənovun, Ziyad Səmədzadə kimi yaşlı deputatların yenidən namizəd olması və deputat seçilməsi çox maraqsızdır. Onlar yenidən seçilib nə edəcəklər? 84 yaşlı Ziyad Səmədzadə nə iş görə bilər? Malik Həsənov seçilib nə edəcək? Əgər Cəlilabadda normal seçki keçirilsə, Malik Həsənov ən az səs toplayan namizəd olar. Öz dostlarından başqa ona səs verən olmayacaq”.

N. Canbaxışlı hesab edir ki, qarşıdakı illərdə yaşlı və ayağı yer tutmayan deputatlar parlamentdə təmsil olunmayacaq:

“Düşünürəm ki, qarşıdakı illərdə ölkədə referendum keçiriləcək və Azərbaycan Konstitusiyasında vacib və əhəmiyyətli dəyişikliklər olacaq. Yəqin ki, Azərbaycan Parlementində deputat sayı da artırılacaq. Biz bu saydan sonra növbəti seçkilərdə yeni seçki və simalar görərik. Güman edirəm ki, ayağının birini aparıb, digərini yadından çıxaran insanlar Parlamentdə olmazlar. Çünki onların son seçkisi idi.

Bilirsiniz, Azərbaycan Parlamentində o qədər qəribə hadisələr baş verir ki, bunu görməməzlikdən gəlmək düzgün deyil. Mən çox istəyərdim ki, siz sualı daha çox bu yöndə qoyasınız ki, niyə və hansı səbəbdən hakim partiya bu parlament seçkilərində öz namizədlərinin Azərbaycan mediasında təbliğatına qadağa qoyur? Mən sizə Azərbaycan Parlamentinin fəaliyyətini yaxından izləyən biri kimi səmimi deyirəm ki, Parlamentin sədri Sahibə Qafarova çox gözəl, mədəni və əxlaqi şəkildə Milli Məclisi idarə edib. Ayrı-seçkilik etməyib, müxalifətə biganə yanaşmayıb. Bitərəf mövqe sərgiləyərək qarşıdurma yaratmadan Parlamentin idarə olunmasını həyata keçirib. Mən Sahibə xanımın bu cür yüksək intellektual keyfiyyətə malik bir xanım olduğuna görə ona təşəkkür edirəm ki, digər ölkələrin parlamentlərindən fərqli olaraq Azərbaycan Parlamentində hansısa özbaşınalıqlar baş verməyib. Bu baxımdan, bəlkə də yeganə olaraq həm Sahibə xanımın, eyni zamanda müxalif siyasi düşərgədən Tahir Kərimlinin, Fazil Mustafanın, Qüdrət Həsənquliyevin, YAP-dan isə Siyavuş Novruzovun fəaliyyətini yüksək qiymətləndirmək olar. Baxmayaraq ki, Siyavuş bəy hakim siyasi partiyanın üzvüdür. Millət vəkili olaraq haqları tapdalanan insanların hüquqlarının müdafiəsi istiqamətində çox ciddi çıxışları olub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki