image-64607a0a289aabackend

Başına pul qoyulan narkobaron yaxalandı

image-reklam_sirab_01

Meksikanın Sinaloa əyalətində təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatda beynəlxalq narkotik və mütəşəkkil cinayət təşkilatı “Sinaloa Karteli”nin mühüm adlarından olan Hektor Elias (Hector Elias) saxlanıldı.

Meksika mətbuatında çıxan xəbərlərə görə, Quamuçil (Guamuchil) şəhərində bir evdə qaldığı təsbit edilən Elias basqın nəticəsində yaxalanıb.

“Sinaloa Karteli”nin önəmli adlarından biri olan və uzun müddətdir ələ keçirildiyi üçün mükafat vəd edilən Hektor Elias çox adamın ölümünə, eləcə də narkotik ticarəti cinayətlərinə görə məsuliyyət daşıyır.

Meksikanın ən böyük beynəlxalq narkotik və mütəşəkkil cinayət təşkilatı sayılan “Sinaloa Karteli” 1990-cı ildə “El Çapo” (El Chapo) ləqəbli narkobaron Xoakin Quzman (Joaquin Guzman) tərəfindən yaradılıb. 2001 və 2015-ci illərdə Meksikada iki ciddi rejimli həbsxanadan qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutulub və ABŞ-a ekstradisiya edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki