Başqırdıstanın İlişevski rayonunun Verxneyarkeevo kəndində Şimal Hərbi Dairəsinin keçmiş hərbçiləri, yerli ermənilər və yerli sakinlərin iştirakı ilə kütləvi dava olub.
Vətəninfo.az Readovka teleqram kanalına istinadən xəbər verir ki , mübahisə ötən gün baş verib. İlkin məlumatlara görə, xüsusi əməliyyatda iştirak edən bir qrup şəxs və yerli ermənilər arasında şifahi mübahisə baş verib və nəticədə davaya çevrilib.
Daha sonra yerli sakinlər ermənilərlə görüşə gələrək onlardan Rusiya-Ukrayna müharibəsi iştirakçılarından üzr istəmələrini tələb etsələr də, nəticədə yüzdən çox insanın iştirak etdiyi yeni dava baş verib. Nəticədə 100-dən çox erməni yaralanıb. Polis bölgədə təxribat törədən 6 ermənini həbs edib .