Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Vaşinqtonda Hindistanın baş naziri Narendra Modi ilə görüşündə ölkənin dövlət himni səsləndirilərkən dövlət himnlərini qarışdırıb və əlini ürəyinin üstünə qoyub.
Sonra bunun çaşqınlıq olduğunu hiss edərək yavaş-yavaş əlini aşağı saldı və özünü başqa bir yöndəmsiz vəziyyətdə gördü.
Lakin zarafat bununla bitmədi. Bayden Modinin statusunu da səhv xarakterizə etdi.
“Cənab Prezident, cənab Prezident… Cənab Baş nazir, mən sizin statusunuzu indicə aşağı saldım.
Ziyarətinizə görə təşəkkür edirəm, Ağ Evə xoş gəlmisiniz” deyən o, çıxışının əvvəlində buraxdığı səhvi düzəldib.