ABŞ Ukraynaya yardım edən və Rusiyaya qarşı çıxan ölkələrin koalisiyasını dəstəkləyəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə prezident Co Bayden prezidentlik yarışından çıxmaqla bağlı müraciətində bildirib.
“Biz NATO-nu gücləndirməyə və onu tarixin ən güclü ittifaqına çevirməyə davam edəcəyik” dedi Bayden.
Bayden əlavə edib ki, qarşıdakı altı ayda diqqətini prezidentin vəzifələrini yerinə yetirməyə yönəltmək niyyətindədir.


























