image-1backend

Bayden Avropada olarkən Zelenski ilə iki dəfə görüşəcək

image-reklam_sirab_01

ABŞ prezidenti Co Baydenin Avropada olarkən Ukrayna prezidenti Vladimir Zelenski ilə iki dəfə əlaqə saxlamaq imkanı olacaq.Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

“Prezidentin həftə ərzində Zelenski ilə əlaqə saxlamaq üçün iki mühüm fürsəti olacaq”, o, Avropaya səfəri zamanı Baydeni Fransaya təyyarə ilə müşayiət edən jurnalistlərə deyib.

Sallivan dəqiqləşdirib ki, Fransada olarkən, müttəfiq qoşunlarının Normandiyaya desantının 80 illiyinə həsr olunmuş tədbirlər zamanı və İtaliyada iki prezidentin iştirak edəcəyi G7 sammiti zamanı belə imkanlar olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki