image-1backend

Bayden dənizdə neft və qaz hasilatını qadağan etdi

image-reklam_sirab_01

ABŞ Prezidenti Co Bayden Atlantik və Sakit okean sahillərində, eləcə də Meksika körfəzinin şərqində yeni dəniz neft və qaz yataqlarının işlənməsinə qadağa qoyub. Amerika liderinin müvafiq bəyanatını Ağ Ev yayıb.

“Mən Şərq və Qərb sahillərini, şərqi Meksika körfəzini və Alyaskadakı Berinq dənizinin şimalını neft və təbii qazın işlənməsindən və onun gətirə biləcəyi zərərdən qorumaq üçün tədbirlər görürəm. Mənim qərarım sahil sakinlərinin, biznes qurumlarının və çimərlik istirahətini sevənlərin çoxdan bildiklərini əks etdirir: bu sahillərdə qazma işləri bizim sevdiyimiz yerlərə ciddi ziyan vura bilər və ölkəmizin enerji ehtiyaclarını təmin etmək üçün zəruri deyil. Bu məsələdə belə risk etməyə dəyməz. İqlim böhranı ölkə daxilindəki əhaliyə təhlükə davam etdiyi üçün biz təmiz enerji iqtisadiyyatına keçdiyimiz üçün indi bu sahil xətlərini uşaqlarımız və nəvələrimiz üçün qorumağın vaxtıdır,” – vəzifəsini tərk edən Vaşinqton administrasiyasının rəhbəri deyib.

Qadağa 2,5 milyon kvadrat km əraziyə şamil edilir.

“Bloomberg”in qeyd etdiyi kimi, qadağa Baydenin yer altından çıxarılan yanacaqın istifadəsi və istixana qazları ilə mübarizəyə yönəlmiş növbəti addımı idi.

Qərar həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ABŞ-da neft və qaz hasilatını artırmasını çətinləşdirir.

Trampın seçki kampaniyasının sözçüsü Karolin Leavitt qadağanı “Prezident Trampa qazma işlərini artırmaq və benzinin qiymətlərini aşağı salmaq mandatı verən Amerika xalqından siyasi qisas almaq üçün hazırlanmış biabırçı qərar” adlandırıb. O, “Co Baydenin uğursuzluğa düçar olacağına” və ABŞ şirkətlərinin dənizdəki neft və qaz yataqlarını işlətməyə davam edəcəyinə əminliyini ifadə edib. “NBC News”un qeyd etdiyi kimi, dövlət başçısı kimi ilk müddətində Tramp ABŞ-ın 44-cü prezidenti Barak Obamanın oxşar fərmanını ləğv etməyə çalışsa da, məhkəmə Respublikaçının qərarını ləğv edib. Bu o deməkdir ki, Baydenin qadağasını ləğv etmək üçün Konqresin tədbirləri tələb oluna bilər.

Bayden administrasiyasının dənizdə yeni neft və qaz yataqlarının işlənməsinə qadağa tətbiq etməsi neft hasil edən, o cümmlədən Azərbaycanın xeyrinədir, cünki Trampın neft qiymətlərini kəskin endirmək planları hələ də qüvvədədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image