Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrailin Livandakı şiə “Hizbullah” hərəkatına qarşı mümkün quru hərbi əməliyyatını dəstəkləməyəcəyini açıqlayıb.
Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində ondan İsrailin planlarından xəbərdar olub-olmaması və ona kömək edib-etməmələri soruşulub. “Mən sizin düşündüyünüzdən daha məlumatlıyam və buna son qoysalar yaxşı olardı. Bizə hazırda atəşkəs lazımdır”, – prezident vurğulayıb.
Bundan əvvəl “The Washington Post” yazıb ki, İsrail ABŞ-a Livanda “Hizbullah”a qarşı məhdud quru əməliyyatı keçirmək niyyətində olduğu barədə xəbərdarlıq edib.