ABŞ prezidenti Co Bayden ştatda baş verən kütləvi yanğınlarla mübarizədə yerli hakimiyyət orqanlarına kömək etmək üçün Kaliforniyada böyük fəlakət vəziyyəti elan edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“İnsanlar müvəqqəti yaşayış yeri, evlərin təmiri üçün qrant ala biləcəklər”, – deyə administrasiyadan bildirilib.
Federal yardım həmçinin fövqəladə yardım səylərində kömək etmək üçün yerli hökumətlərə, eləcə də bəzi qeyri-kommersiya təşkilatlarına gedəcək.
Bundan əlavə, pul daha sonra ştatda fəlakətlərin qarşısının alınması tədbirlərinə yönəldiləcək.