ABŞ prezidenti Co Bayden bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden Netanyahuya atəşkəs sazişinin imzalanmasının zəruri olduğunu deyib.
“Prezident və baş nazir ABŞ-ın İranın təhdidlərinə, o cümlədən terror qruplaşmasının Həmas, Hizbullah və Husilərin təhdidlərinə qarşı İsrailin müdafiəsini dəstəkləmək üçün fəal və davam edən səylərini müzakirə ediblər. Prezident atəşkəs sazişinin bağlanması və girovların azad edilməsinin çox zəruri olduğunu vurğulayıb, hər hansı maneələri aradan qaldırmaq məqsədilə Qahirədə keçiriləcək danışıqları müzakirə edib”, – Ağ Evin hesabatında deyilir.