image-default-3backend

Bayden Rusiyanın 20 milyard dollar pulunu  Ukraynaya verdi 

image-reklam_sirab_01

ABŞ, Yeddilik Qrupu (G7) ilə razılaşmaların bir hissəsi olaraq, nəhayət, Ukraynaya 20 milyard dollarlıq krediti təsdiqlədi və bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək, prezident Co Bayden bildirib. Ağ Evin mətbuat xidməti bu qərarı tarixi adlandırıb.

“Beləliklə, Ukrayna  indi ehtiyac duyduğu yardımı ala biləcək. Bu kreditlər Ukrayna xalqını öz ölkəsini müdafiə edərkən və yenidən qurarkən onlara dəstək olacaq”, – deyə Bayden bildirib.

O, vurğulayıb ki, Kiyevin müttəfiqlərinin hərəkətləri “tiranların vurduqları zərərə görə məsuliyyət daşıyacağını açıq şəkildə göstərir”. “Bu, [Rusiya Prezidenti] Vladimir Putinə dünyanın Ukrayna ətrafında toplaşdığını və ABŞ və G7 tərəfdaşlarının onu hər addımda dəstəkləməyə davam edəcəklərini bir daha xatırladır”, – deyə Bayden əlavə edib ki, Rusiya bunda qalib gəlməyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki