image-reklam-veteninfo
image-image_750x_6686287444233-750-1080-resizebackend

Bayden:”Tramp seçilsə bu fəlakət olacaq”

image-reklam-veteninfo

ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib.

Amerika liderinin oval kabinetdə çıxışı canlı yayımlanıb.

Bayden ilk növbədə həmvətənlərini prezident seçkilərində ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb:

“Mən öz seçimimi etdim, indi seçim sizindir – Amerika xalqı”. O, Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb.

ABŞ Prezidenti çıxışında İsrailin Qəzza zolağındakı əməliyyatını yekunlaşdırmaq niyyətində olduğunu bildirib: “Mən Qəzzada müharibəni dayandırmaq, bütün girovları evinə qaytarmaq, Yaxın Şərqə sülh və əmin-amanlıq gətirmək üçün işləməyə davam edəcəyəm”.

Amerika lideri həmvətənlərinə müraciətdə Ukraynaya dəstək olan dövlətlərin koalisiyasının qorunub saxlayacağına ümidvar olduğunu deyib.

“Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizin bütün dövrlərindən daha güclü edəcəyəm”, – prezident qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki