ABŞ prezidenti Co Bayden bəyan edib ki, Ukraynanın hazırkı münaqişə bitməmiş NATO-ya qəbulu Rusiya ilə birbaşa münaqişə riski yaradır.
Vətəninfo.az xəbər verir ki, Baydenin sözlərinə görə, alyans hazırda, davam edən münaqişə zamanı Ukraynanı NATO-ya daxil etməyə dəyər olub-olmaması ilə bağlı razılığa gəlib.
O qeyd edib ki, əgər belə bir şey edilibsə, o zaman alyans NATO ərazisinin hər santimetrinin müdafiəsinə sadiqdir, bu, nə olursa olsun, öhdəlikdir.
“Əgər müharibə gedirsə, deməli hamımız müharibə edirik. Əgər belə olsaydı, biz Rusiya ilə müharibə edirik”, – ABŞ prezidenti vurğulayıb.
Bundan əvvəl Ağ Ev bəyan etmişdi ki, ABŞ prezidenti Co Bayden NATO-ya daxil olmamışdan əvvəl Ukraynada əlavə islahatların həyata keçirilməsində israrlıdır.