image-44backend

Bayden və Ərdoğan  Ukrayna, İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden NATO-nun Vilnüs sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Bu barədə “Vətəninfo.az  Ağ Evin yaydığı press-relizə istinadən xəbər verir .

“Prezident Bayden, İsveçin baş naziri Kristerson və NATO-nun baş katibi Stoltenberq ilə İsveçin NATO-ya üzvlük protokolunun ratifikasiya olunmaq üçün parlamentə təqdim edilməsi ilə bağlı əldə olunan razılığa görə prezident Ərdoğanı təbrik edib”.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlığın gücləndirilməsi səylərini, qarşılıqlı maraq doğuran regional məsələlər, o cümlədən Ukraynaya dəstək, Egey dənizində sabitliyin qorunmasının vacibliyini müzakirə ediblər.

İyulun 11-12-də Litvanın paytaxtında NATO-nun sammiti keçirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki