image-1backend

Bayden və  Netanyahu  İrana hücum planını müzakirə edəcək 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsrailin İrana hücum planı ilə bağlı xəbərlərin yayılmasından sonra “Axios” nəşri adı açıqlanmayan üç amerikalı rəsmiyə istinadən yazır ki, bu gün ABŞ prezidenti Co Bayden bu məsələni müzakirə etmək üçün İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayacaq.

Bildirilib ki, söhbət zamanı Benyamin Netanyahu Co Baydenə İrana hücum qərarı ilə bağlı məlumat verəcək, eləcə də hücumun İrana təsirini şərh edəcək.

Rəsmilər qeyd ediblər ki, ABŞ İsrailin reaksiyasının məhdudiyyətlərini müəyyən etmək istəyir. Onların sözlərinə görə, Vaşinqton İsrailin hücumunun mühüm və təsirli hədəfləri ehtiva etdiyinə əmin olmaq istəyir, ancaq həddindən artıq gərginlikdən yayınır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki