Vətəninfo.az Daily Mail-ə istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden III Çarlz ilə Vindzorda görüşü zamanı bir neçə dəfə etiket və protokol qaydalarını pozub.
Böyük Britaniya kralı ilə əl sıxma zamanı amerikalı lider sol əli ilə monarxın dirsəyindən tutub, həmçinin onun kürəyinə də zərbə endirib. Bu, yolverilməz imtiyaz sayılır, çünki yazılmamış etiket və protokol qaydalarına görə, heç kimin monarxa onun icazəsi olmadan toxunmağa haqqı yoxdur.
Bundan əlavə, Bayden fəxri qarovul qarşısında dayanarkən monarxdan iki addım öndə olub, daha sonra qarovul üzvlərindən biri ilə söhbət edib.