image-1backend

Bayden Zelenski ilə görüşdü və 375 milyon dollarlıq yeni hərbi yardım paketini ayırdı

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Vətəninfo.az xəbər verir ki , bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden qeyd edib ki, o, Kiyevə təhlükəsizlik dəstəyini artıracaq və bu, “Ukraynanın qalib gəlməsinə kömək edəcək”. Öz növbəsində, Zelenski iki liderin Ağ Evdə keçiriləcək ikitərəfli görüş zamanı ətraflı müzakirə edəcəyi qələbə planını qısa şəkildə təqdim edib.

Bayden həmçinin Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılacağını açıqlayıb. Ağ Evin dərc etdiyi memorandumda deyilir ki, Bayden Kiyevə “Müdafiə Nazirliyinin müdafiə bölmələri və xidmətləri, həmçinin hərbi təhsil və təlim” şəklində 375 milyon dollara qədər vəsait ayırmağı tapşırır.

Eyni zamanda ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqton ukraynalı tərəfdaşlarına “təcili ehtiyac duyulan daha bir əhəmiyyətli silah və texnika paketi” verir.

Açıqlamaya görə, paketə “HIMARS, 155 mm və 105 mm-lik artilleriya sursatları, kaset sursatları, gücləndirilmiş mina əleyhinə mühafizəsi olan MRAP zirehli maşınları və yüngül taktiki maşınlar, patrul katerləri, atıcı silahlar üçün əlavə döyüş sursatları və dəstək” daxildir.

Bundan əlavə, yeni paketə Javelin, TOW və AT-4 tank əleyhinə raketlər üçün raketlər, həmçinin “ehtiyat hissələri, dəstək avadanlığı, xidmətlər, təlim və nəqliyyat” daxildir.

“Biz bu yeni yardımı mümkün qədər tez təmin edəcəyik”, – Dövlət Departamenti bildirib.

Bu paketlə birlikdə ABŞ-ın 2022-ci ildə Ukraynaya təhlükəsizlik sahəsində göstərdiyi ümumi yardım. Fevral ayından bu yana 56,2 milyard dollardan çox olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki