image-u-s-president-joe-biden-departs-on-travel-to-wilmington-delaware-in-washingtonbackend

Baydendən Kursk açıqlaması: “Putin üçün əsl dilemma…”

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk bölgəsinə müdaxiləsini şərh edərək, vəziyyəti Rusiya prezidenti Vladimir Putin üçün “əsl dilemma” adlandırıb.

Vətəninfo.az xəbər verir ki , bu barədə “Reuters” agentliyi məlumat yayıb.”Bu, Putin üçün əsl dilemma yaradır” dedi Bayden Nyu Orleanda jurnalistlərə.O, həmçinin bildirib ki, ABŞ hakimiyyəti qoşunların irəliləməsi ilə bağlı Ukrayna tərəfi ilə daim əlaqə saxlayır. Avqustun 6-dan 1000-ə yaxın ukraynalı əsgər tank və zirehli texnika ilə Kursk vilayətinə daxil olub. Ukrayna bölgədəki 74 yaşayış məntəqəsinə nəzarət etdiyini bildirib. Öz növbəsində, Ağ Evin sözçüsü Karin Jan-Pyer jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Ukrayna hakimiyyəti Kursk vilayətinin işğalı barədə ABŞ administrasiyasını əvvəlcədən məlumatlandırmayıb. “Bizim bununla heç bir əlaqəmiz yoxdur. Ukraynanın özü hərbi əməliyyatları barədə danışmalıdır. Bu məsələdə siyasətimiz dəyişməyib”, – Ağ Evin sözçüsü bildirib.May ayında Bayden Kiyevə Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumunu dəf etmək üçün Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image