image-image_750x_646dce6b755a7backend

Baydeni öldürmək istəyən şəxs HƏBS EDİLDİ

image-reklam_sirab_01

ABŞ prezidenti Co Baydeni öldürmək istəyən şəxs həbs edilib. Vətəninfo.az xəbər verir ki, NBC-nin məhkəmə sənədlərinə istinadən verdiyi məlumata görə, Vaşinqtonda Ağ Evin yaxınlığında hasara çırpılan yük maşınının sürücüsü prezident Baydeni öldürmək istədiyini deyib.

Sənədlərə görə, Missuri ştatının 19 yaşlı sakini Sai Varşid Kandula hücumu təxminən altı ay planlaşdırıb.
Hadisə bazar ertəsi axşam baş verib, Ağ Evin təhlükəsizlik işçilərindən heç kim xəsarət almayıb.
Dindirmə zamanı Kandula “nasistlərə heyran olduğunu” və “hakimiyyəti ələ keçirmək” istədiyini bildirib.

Gənc qeyd edib ki, “faşistlərin uzun tarixi var”. O, Hitleri heyran olduğu “güclü lider” adlandırıb.

Kandula həmçinin “Ağ Evə gizlicə girib millətə rəhbərlik etmək” niyyətində olduğunu bildirib.

“Kandulanın hakimiyyəti necə ələ alacağını soruşduqda, o, prezidenti öldürəcəyini… və onun yolunda duran hər kəsə zərər verəcəyini bildirdi”, – sənədlərdə deyilir.

Kandula prezidenti öldürmək niyyətində, habelə təhlükəli silahla hücumda, ehtiyatsızlıqdan avtomobil idarə etməkdə, federal mülkiyyətə ziyan vurmaqda və qorunan əraziyə müdaxilədə ittiham olunur. Onun işinin araşdırılmasında ABŞ Məxfi Xidməti və FTB iştirak edir. Dünən, mayın 23-də onun evində axtarış aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki