image-reklam-veteninfo
image-1backend

Bayraq Meydanına Azərbaycan bayrağı asıldı -FOTO

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Bakı şəhərinin Bayıl sahəsində yerləşən Dövlət Bayraq Meydanında yenidən bayrağımız dalğalanmağa başlayıb.   Xatırladaq ki, 2007-ci ölkə prezidentinin sərəncamı ilə yaradılan Dövlət Bayrağı Meydanındakı bayraq  2017-ci ildə sökülmüşdü. O zaman bunu təmirlə əlaqələndirirdilər. Əksəriyyət ərazinin sürüşmə zonası olduğunu, meydanda çatlar əmələ gəldiyini bildirsə də, rəsmi qurum bununla qətiyyən razılaşmırdı.

Qeyd edək ki, “Ginnesin dünya rekordları təşkilatı” 2010-cu il mayın 29-da Azərbaycandakı Dövlət Bayrağı Meydanında bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycanın gerbi, dövlət himninin mətni və xəritə qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Azərbaycandakı bayraq tikilən zaman ən hündür olsa da, sonrakı illərdə Tacikistanda və Səudiyyə Ərəbistanında 165 metr hündürlüyündə bayraq dirəyi hazırlanıb. Ölçülərinə görə, dünyada ən böyük dirəyi olan bayraqların eni 30 metr, uzunluğu 60 metrdir.

Azərbaycan bayrağı isə ölçülərinə görə hələ də 1-ci yerdədir (35 m en, 70 m uzunluq).




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki