image-1backend

Bədəl Bədəlovun namizədliyi ləğv edilə bilər – Sabiq vitse-prezident çətin durumda 

image-reklam_sirab_01

Yeni Azərbaycan Partiyasının 96 saylı Goranboy – Naftalan  seçki dairəsindən namizədliyini irəli sürdüyü  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlovun namizədliyi ləğv edilə bilər. Çünki Bədəl Bədəlovun adına külli- miqdarda əmlak var. İddia edilir ki, şəxs haqqında bir qrup seçici tərəfindən MSK-ya daxil olan şikayət araşdırılır.  İddia edilir ki,  əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış  sənədlər MSK-ya təqdim edilib.

Əgər bu iddialar doğru olsa o zaman Bədəl Bədəlovun namizədliyi ləğv edilə bilər.

Belə ki, Bədəl Bədəlovun obyektlərinin bir çoxu SOCAR-a məxsus ərazilərdə inşa edilib. Qeyd edək ki,Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, döngə 2-də Neft Şirkətinə məxsus torpaqlar Bədəl Bədəlov tərəfindən zəbt edilib. Zəbt edilən bu ərazidə  fərdi ev və obyekt inşa edilib.

Suraxanı rayonunun Yeni Suraxanı ərazisində – “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazi belə Bədəl Bədəlov tərəfindən zəbt edilərək mənimsənilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki