Tehran Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın əfv etdiyi 15 iranlı məhbusun tezliklə vətənə qayıdacağını bildirib.
Vətəninfo.az İRNA- ya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bildirib ki, bu açıqlama xarici işlər naziri Hüseyn Əmir Abdollhyanın ötən ay BƏƏ-yə səfəri zamanı Əmirliyin yüksək rütbəli rəsmiləri ilə məsləhətləşmələr aparmasından sonra verilib .
Nazirlik həmçinin vurğulayıb ki, xaricdəki iranlılara konsulluq və məhkəmə dəstəyini və onların hüquqlarını, o cümlədən məhbusların hüquqlarını təmin etməyə ciddi şəkildə davam edəcək.
İyunun 22-də Əmir Abdollahian BƏƏ-yə səfər edib və burada Əmirliyin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə ayrı-ayrılıqda görüşlərdə ikitərəfli əlaqələri və əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib.
Səfər Qətər, Küveyt və Omandakı dayanacaqlardan sonra İslam Respublikasının qonşularla əlaqələri yaxşılaşdırmaq və bölgəyə təhlükəsizliyi təmin etmək üçün diplomatik addımlar atması fonunda baş tutub.
Bu yaxınlarda Küveyt həbsxanalarından 11, Qətər həbsxanalarından isə daha 7 iranlı azad edilib.