ABŞ prezidenti Co Bayden Belarus rəhbərliyinin nümayəndələrinə qarşı Amerika sanksiyalarını bir il müddətinə uzadıb. Amerika lideri müvafiq fərman imzalayıb və ABŞ Konqresinə bildiriş göndərib. Vətəninfo.az xəbər verir ki, bu haqda TASS xəbər verir.
Ağ Evin bəyanatında deyilir ki, “Belarus hökumətinin və bəzi şəxslərin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir”.
Bu səbəbdən Bayden sanksiyalar rejimini daha bir il uzadıb.
Əlavə edək ki, bu cür sanksiya rejimlərinin hər il uzadılması Amerika qanunvericiliyi ilə nəzərdə tutulub.


























