İyunun 21-dən 30-dək Belarusda Minsk vilayətinin hərbi komissarlıqları ilə səfərbərlik təlimləri keçiriləcək. Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təlimlərin əsas məqsədi yerli icra hakimiyyəti orqanlarının, hərbi komissarlıqların, dövlət orqanlarının və təşkilatların qarşıya qoyulmuş vəzifələrin icrasına hazırlıq səviyyəsinin qiymətləndirilməsidir. Müvafiq tədbir hər il Belarus Silahlı Qüvvələrinin hazırlıq planı çərçivəsində keçirilir.
Təlimlərdə infrastruktur obyektlərinin yerləşdirilməsi, hərbi xidmət keçməyə tabe olan şəxslərin və avtonəqliyyat vasitələrinin cəlb edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Mayın sonunda Belarusun raket qüvvələri “İskəndər-M” kompleksindən istifadə etməklə raket zərbələrinin idarə edilməsi kursu keçirib.
Ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçilər şərti və xüsusi texnika ilə zərbələrin hazırlanması və verilməsi praktikası keçirib.