image-1backend

Belarus MSK: Lukaşenko seçkilərdə 86,82% səslə qalib gəlib

image-reklam_sirab_01

İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.

Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya – 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov – 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak – səslərin 1.74 faizini toplayıb.

Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.

Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image