Belarusda dövlət çevirilişinə cəhd edən 45 nəfər həbs edildi
Belarus İstintaq Komitəsi xaricdə hakimiyyəti ələ keçirmək və ekstremist təşkilat yaratmaq və ya orada iştirak etməkdə ittiham olunan 45 nəfərə qarşı cinayət işi açıb. Bu barədə Vətəninfo.az TASS agentliyinə istinadən xəbər verir.
“Radikal fraksiyasının nümayəndələri yeni “Platforma-2025” təşəbbüsünü elan ediblər. Cinayət planı Belarus Respublikasında seçki kampaniyası (red.: söhbət 2025-ci il prezident seçkilərindən gedir) zamanı hərəkətlərin əlaqələndirilməsi üçün ekstremistlərin toplanmasını nəzərdə tutur”, – agentlik qeyd edib.
Belarusun İstintaq Komitəsinin məlumatına görə, “Platforma – 2025” fraksiyasının məqsədləri “konstitusiya quruluşuna qəsd, daxili işlərə xaricdən müdaxilə, ölkəmizin milli maraqlarına zidd siyasi kursun tətbiqi, dağıdıcı informasiya təsiri, nüfuzdan salmaqdır.