image-1backend

Belçikada maaşa çalışan immiqrantlar üçün qərar

image-reklam_sirab_01

Belçikada maaşlı işlərdə çalışan immiqrantlar qəbul mərkəzlərində qalmağa davam etsələr, rüsum ödəməli olacaqlar.

“Belga”nın xəbərinə görə, İmmiqrasiya və Sığınacaq üzrə Dövlət Nazirliyinin məlumatında bildirilir ki, ölkədə maaşlı çalışan, sığınacaq axtaran adamlar Belçikanın qəbul mərkəzlərində qalmağa davam edərsə, rüsum ödəyəcək.

Qaçqınların qəbul mərkəzlərinə ödəyəcəkləri məbləğ aylıq gəlirlərinə uyğun olaraq müəyyən ediləcək. Ayda 900 avro qazanan miqrant qəbul mərkəzinə təqribən 220 avro, 1500 avrodan çox qazanan isə maaşının 50 faizi məbləğində rüsum ödəməli olacaq.

Maaşını qəbul mərkəzinə bildirməyənlər daha çox yaşayış haqqı ödəmək riski ilə üzləşəcək. İmmiqrantlar ödəniş etməkdən imtina edərsə, qəbul mərkəzi verilən xidmətləri məhdudlaşdıra və ya şəxsi evakuasiya edə bilər.

Belçikada təxminən 10 min qaçqının maaşlı çalışdığı təxmin edilir.

İyulun 1-dən qüvvəyə minən qərar 2011-ci ildə kralın fərmanı ilə müəyyən edilsə də, siyasi və hüquqi maneələrlə qarşı-qarşıya qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki