image-1backend

Bələdiyyə sədri rüşvət iddiası ilə nəzarətə götürüldü

image-reklam_sirab_01

İstanbulda cinayətkar qruplaşmalara qarşı aparılan istintaq çərçivəsində 47 şübhəlinin saxlanılmasına qərar verilib. Nəzarətə götürülənlər arasında İstanbulun Beşiktaş bələdiyyəsinin sədri Rıza Akpolat da var.

Vətəninfo.az xəbər verir ki,  bununla bağlı İstanbul şəhərinin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Aziz İhsan Aktaş adlı şəxsin liderlik etdiyi iddia olunan cinayət təşkilatının bələdiyyələrin başçıları və yüksək vəzifəli şəxslərinə rüşvət verərək tenderlər təşkil etdiyi bildirilir.

Bildirilib ki, Beşiktaş bələdiyyəsinin sədri və bu qurumun “Beltaş” İşlətmə Sənaye və Ticarət AŞ-nin rəhbəri ilə üzvlərinin də daxil olduğu 10 şübhəli barəsində “cinayət təşkilatına üzv olma”, “tenderə müdaxilə etmə” və “haqsız mal əldə etmə” ittihamları əsasında həbs qərarı verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image