image-1backend

Benyamin Netanyatu C.Baydenin atəşkəs təklifini dəstəklədiyini açıqladı

image-reklam_sirab_01

Qəzza zolağındakı mülki vətəndaşları hədəf almağa davam edən İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin açıqladığı 3 mərhələli atəşkəs təklifini dəstəklədiklərini bildirib.

Vətəninfo.az “The Times of Israel” istinadən xəbər verir ki, Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında davam etdirdiyi hücumlarla bağlı bəyanat verib.
İsrailin Qəzzada atəşkəs təklifini dəstəklədiyini iddia edən Benyamin Netanyahu əsirlərin azad edilməsinə yeganə maneənin ”Həmas” olduğunu söyləyib.
Benyamin Netanyahu məqsədlərinə nail olana qədər Qəzzada böyük dağıntılara səbəb olan hücumların sona çatmayacağını deyib.
İyunun 23-də ”Kanal 14” telekanalına müsahibə verən İsrail Baş naziri Qəzzadakı hücumları tam dayandırmayacaqlarını ifadə etmişdi.
”Həmas” hərəkatı mayın 6-da Qətər və Misir rəsmilərinə atəşkəs təkliflərini təsdiqlədiklərini bildirsə də, İsrail tərəfi şərtlərə cavab vermədiyi səbəbindən bu təklifi rədd etmişdi.
ABŞ prezidenti Co Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini açıqlamışdı.
Co Bayden bu təklifin İsrailə aid olduğunu desə də, Netanyahu “müəyyən edilmiş hədəflərə” çatana qədər hücumlarını davam etdirəcəklərini söyləmişdi.
İyunun 3-də açıqlama verən Benyamin Netanyahu İsrailin təklif ilə Co Baydenin təklifi arasında “boşluqlar” olduğunu iddia etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki