İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Dövlət Departamentinin Amerika hərbi əməliyyatını “özünümüdafiə” kimi təqdim etməsinə sərt reaksiya verib.
Bəqayi “X” hesabında yazıb ki, İran tərəfindən ABŞ-yə qarşı hər hansı silahlı hücum baş verməyib.
“Nədən özünümüdafiə? İran tərəfindən ‘özünümüdafiə’ni əsaslandıracaq hər hansı bir silahlı hücum olubmu? Əlbəttə ki, yox. Deməli, bu, heç də özünümüdafiə deyildi – bu, İran xalqına qarşı təcavüz aktı idi”, – deyə o bildirib.
İran rəsmisi ABŞ-nin həyata keçirdiyi əməliyyatın beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.


























