image-reklam-veteninfo
image-1backend

Bəqayi: “ İran və AEBA arasında inam qalmayıb” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “The Guardian” nəşrinə müsahibədə İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında etimadın pozulduğunu bildirib. Onun sözlərinə görə, İranın “dinc nüvə obyektlərinə” ABŞ və İsrailin hücumu AEBA-nın tarixində analoqu olmayan bir haldır.

Bəqayi deyib ki, İran beynəlxalq ictimaiyyətlə, xüsusilə də Avropa ölkələri, Çin, Rusiya və BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə əlaqə saxlayaraq sanksiyaların yenidən tətbiq edilməsinin qarşısını almağa çalışır.

Onun sözlərinə görə, Qərb ölkələri İrana basqı edərək Amerika ilə birbaşa danışıqlar aparmasını istəyir. Onların gözləntilərinə əsasən, İran nüvə hüquqlarından imtina etməlidir. Bəqayi bu mövqeyin qəbuledilməz olduğunu vurğulayıb və İran dövlətinin öz xalqı və parlamenti qarşısında məsuliyyət daşıdığını xatırladıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki