image-reklam-veteninfo
image-1backend

Bəqayi: “İranda heç bir AEBA müfəttişi yoxdur” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki,  İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinqdə deyib ki, hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) heç bir müfəttişi İranda yoxdur və agentliklə aparılan iki raund danışıqların davam etdirilməsi ilə bağlı hələlik heç bir qərar verilməyib.

Onun sözlərinə görə, iki raund danışıqlar Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının nümayəndələrinin iştirakı ilə, agentliyin baş direktorunun müavini səviyyəsində keçirilib, lakin hələ dəqiq yekun nəticə əldə edilməyib.

“AEBA müfəttişlərinin İrana gəlişi Buşehr nüvə reaktoruna yanacaq yükləmək məqsədi ilə nəzərdə tutulub. Parlamentin qərarı çərçivəsində qarşılıqlı fəaliyyət üzrə təlimatın hazırlanması hələ yekunlaşmayıb və qərar qəbuletmə mərhələsi davam edir”, – deyə, sözçü vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki