image-34backend

Berdiməhəmmədov Əli Xameneyi ilə görüşüb

image-reklam_sirab_01
Türkmənistan Xalq Məsləhət Şurasının rəhbəri Qurbanqulu Berdiməhəmmədov  İranda ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyi  görüşüb.
Vətəninfo.az xəbər verir ki, bu barədə  İRNA məlumat yayıb. Görüşdə regional əməkdaşlıq, mədəni əlaqələr və digər məsələlər barədə fikir mübadiləsi olub.
Qurbanqulu Berdiməhəmmədov bildirib ki, tərəflərin mədəni ortaqlığı müxtəlif sahələrdə, xüsusilə enerji və yol sahələrində əlaqələrin genişləndirilməsi üçün mühüm əsasdır.
Türkmənistan Xalq Məsləhət Şurasının rəhbəri Tehrana səfəri zamanı əməkdaşlığın genişləndirilməsi, xüsusən də yol tikintisi və su, elektrik və qaz yataqlarında iranlı mütəxəssislərdən istifadəyə dair yaxşı razılaşmalar əldə olunduğunu deyib.
“Türkmənistanı və onun ətrafındakı ölkələri Oman dənizinə birləşdirə biləcək Şimal-Cənub tranzit marşrutunu tamamlamaq əzmindəyik”. Bunu isə İran lideri Əli Xameneyi bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki