image-1backend

Beş ölkə BMT Təhlükəsizlik Şurasına yeni üzv seçilib

image-reklam_sirab_01

Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali 2025-ci il yanvarın 1-dən başlayaraq 2 il müddətinə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzvü seçilib. Vətəninfo.az  xəbər verir ki , bu barədə “Reuters” məlumat yayıb.

Baş Assambleya üzvləri iyunun 6-da seçib.

Təhlükəsizlik Şurası BMT-nin yeganə orqanıdır ki, sanksiyalar tətbiq etmək və güc tətbiqinə icazə vermək kimi məcburi qərarlar qəbul edə bilər. Onun veto hüququ olan beş daimi üzvü var : Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ.

Qalan 10 üzv seçilir, hər il beş yeni üzv daxil olur. Danimarka, Yunanıstan, Pakistan, Panama və Somali Ekvador, Yaponiya, Malta, İsveçrə və Mozambiki əvəz edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki