Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rusiyadadır. Vətəninfo.az xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“O, təhlükəsizdir, bu, Rusiyanın fövqəladə vəziyyətə uyğun hərəkət etdiyini göstərir”, – Ryabkov bildirib.
Onun sözlərinə görə, Rusiya beynəlxalq konvensiyaların və Beynəlxalq Cinayət Məhkəməsinin tərəfi deyil. Ryabkov bunu Moskvanın Suriyanın keçmiş prezidenti Bəşər Əsəd mühakimə olunacağı təqdirdə ekstradisiya edib-etməyəcəyi sualına cavab verərkən deyib.
Eyni zamanda Türkiyə qəzeti Bəşər Əsədin Rusiyaya 135 milyard dollar müqavilində sığnacaq verildiyini iddia edib.